22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Rusiya təyyarə qəzasında ölənlərin cəsədlərini Ukraynaya verməyə hazırdır

01-03-2024

Rusiya Belqorod vilayətində İl-76 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərini Ukraynaya təhvil verməyə hazır olduğunu bildirib.

Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Rusiyanın insan hüquqları üzrə komissarı Tatyana Moskalkova prosessual nöqteyi-nəzərindən hər şeyin qaydasında olduğunu qeyd edib. O, cəsədlərin yalnız mövcud prosedurlara əsasən təhvil verilə biləcəyini deyib.

Xatırladaq ki, yanvarın 24-də Belqorod vilayəti üzərində Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsi vurulub. Moskva vurulan təyyarədə mübadilə üçün 65 ukraynalı əsirin olduğunu iddia edir. Onlarla birlikdə üç rusiyalı zabitin və altı ekipaj üzvünün də öldüyü deyilir.

Paylaş: