22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Romanın 2777-ci ildönümü qeyd olundu

21-04-2024

Əfsanəyə görə, Roma əsgəri, tarixçi və yazıçı Varrone dostu Lusio Taruzionun astroloji hesablamalarına əsasən Romulun şəhərin əsasını eramızdan əvvəl 21 aprel 753-cü ildə qoyduğunu bildirir.

Dünyanın ən qədim şəhərlərindən olan İtaliyanın paytaxtı Romanın 2777-ci  ildönümü ənənəvi tədbirlərlə qeyd olunub.Romanın tarixi və mədəni gözəlliklərini tanıtmaq və onların dəyərini bilmək üçün fəaliyyətlər həyata keçirən Tarixi Roma Qrupu şəhərin 2777-ci ildönümü üçün əsgər, legioner, senator və Romalıların tarixi formalarını  geymiş insanlar Roma İmperatorluğu dövründə olduğu kimi şəhərin mərkəzində gəzintiyə çıxıb.

Tarixi şəhərin mərkəzindəki hippodrom sahəsi olan Circo Massimodan başlayan gəzinti Venesiya Meydanı, Fori Imperiale Bulvarı və bu gün qədim Roma şəhərində olan qədim arena Kolizey kimi əhəmiyyətli nöqtələrdən keçərək  sona çatıb.

Paylaş: