22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qlobal istiləşmə nəticəsində Türkiyənin iqlimi Misirin iqliminə bənzəyə bilər

13-03-2024

Alimlər qlobal istiləşmədən bütün dünyanın təsirlənəcəyini və bu məsələyə hər kəs tərəfindən ciddi yanaşmağın önəmli olduğunu deyirlər. Türkiyədəki Tekirdağ Namık Kamal Universitetinin alimləri bununla bağlı maraqlı araşdırma aparıblar.

Onların fikrincə, iqlim dəyişikliyi ilə əlaqədar olaraq subtropik qurşaq tədricən şimala doğru genişlənə bilər. Bu səbəbdən Türkiyənin yaxın gələcəkdə Misirlə eyni iqlim xüsusiyyətlərinə sahib ola biləcəyi ehtimalından dolayı iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün işlərin sürətləndirilməsi lazımdır. Bu baxımdan dənizlər getdikcə istiləşir, istiləşmə səbəbiylə istilaçı balıqlar istər-istəməz Aralıq dənizi və  Qara dənizə doğru hərəkət etməyə başlayıb. Bunlar bizim bioloji populyasiyamızın və burada bioloji zənginliyin azalmasına,yaşayış yerlərinin məhvinə səbəb olur.

Bununla bağlı lazımi tədbirlər görülməli, siyasətlər hazırlanmalıdır. Gələcəkdə temperaturun nə qədər artacağını, yağıntının nə qədər azalacağını və ya artacağını müəyyən etmək çox önəmlidir. Ona görə də ilk növbədə mövcud vəziyyət müəyyən edilməli, proqnozlar verilməlidir. Məsələn, yağışlar azalarsa və temperatur yüksəlirsə, çox yağıntı tələb edən bitkilərdən daha çox bu iqlimə uyğunlaşa bilən bitki növlərinə önəm verilməlidir. Su ehtiyatlarından qənaətlə istifadə etməyin vacibliyini önə çəkən alimlər əlavə ediblər ki, suyu israf etməməliyik, çünki Türkiyə artıq su qıtlığından, yəni su stresindən əziyyət çəkən ölkələr sırasındadır.

Paylaş: