Qəzzada öldürülən jurnalistlərin sayı 133-ə yüksəlib
İsrail ordusu 152 gündür ki, Qəzza zolağına fərq qoymadan hücumlarını davam etdirir. İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində həyatını itirən jurnalistlərin sayı 133-ə yüksəlib.
Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada İsrailin hücumları nəticəsində daha bir jurnalistin həyatını itirdiyi açıqlanıb. Bildirilib ki, Əl-Əqsa TV-nin müxbiri, fələstinli jurnalist Məhəmməd Sələmə ötən gecə Qəzza zolağının mərkəzindəki Deyr Əl-Bələh şəhərindəki evinin İsrail döyüş təyyarələri tərəfindən bombalanması nəticəsində həyatını itirib. Yerli mənbələr hücumda Seleme və 8 ailə üzvünün həyatını itirdiyini bildirib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...