Qazaxıstanda daşqınlar səbəbindən təxliyə edilənlərin sayı 14 mini ötüb
Qazaxıstanın irimiqyaslı daşqın bölgələrindən təxliyə edilmiş sakinlərinin sayı 14,2 mini ötüb, onlardan 5,5 mindən çoxu uşaqlardır.
Fhnews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, daşqınlar başlayandan 14,2 mindən çox insan xilas edilib: “Müvəqqəti yerləşdirmə mərkəzlərində 5 848 nəfər var ki, onlardan 2 222-si uşaqdır”.
Qeyd edilib ki, hazırda xilasetmə işlərində 10 413 nəfər, 3 743 texnika və 14 hava gəmisi iştirak edir. Respublika qərargahı daşqınlardan zərər çəkmiş səkkiz əraziyə nəzarət edir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...