22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qazaxıstanda daşqınlar səbəbindən 104 mindən çox insan təxliyə edilib

14-04-2024

Qazaxıstan xilasediciləri daşqın səbəbindən bir sıra yaşayış məntəqələrindən 104 mindən çox insanı təxliyə ediblər.

Fhnews.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin yüksək rütbəli zabiti Erasıl Saypaş brifinqdə bildirib.

Onun sözlərinə görə, daşqın başlayandan indiyədək 104 min 233 nəfər xilas edilib, onlardan 11 min 571-i müvəqqəti məskunlaşma mərkəzlərindədir.

Aktobe, Kostanay, Akmola, Atırau, Şimali Qazaxıstan və Şərqi Qazaxıstan vilayətlərində 4117 ev, 1264 həyətyanı sahə və 2037 bağ evi su altında qalıb.

Mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın səkkiz rayonunda fövqəladə vəziyyət qalmaqdadır. Xilasetmə əməliyyatlarına 30 mindən çox insan, 3,5 min texnika və 17 təyyarə cəlb olunub.

 

Paylaş: