Qazax xanlığı haqqında XVII əsrə aid nadir əlyazma tapılıb
Qazaxıstan Milli Əlyazmalar və Nadir Kitablar Mərkəzi Rusiya Milli Kitabxanasında aşkar edilmiş qiymətli əlyazmanın nüsxəsini təqdim edib.
Fhnews.az Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, 2022-ci ildə bu mərkəzin mütəxəssisləri Moskvaya elmi-tədqiqat səfəri zamanı fars dilində Qazaxıstan tarixi haqqında XVII əsrə aid “Tarix” adlı əlyazmanı araşdırıblar.
Bu kitab Muhammed Haydar Dulatinin “Tarix-i Rəşidi” əsərinin davamı hesab edilir və Qazax xanlığının maraqlı faktları ehtiva edən tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Əlyazmanın müəllifi qədim Moğolustan tarixinə dair bir neçə əsər yazan Şah Mahmud ibn Mirzə Fazil Çurasdır. O, öz əsərləri üzərində 30 il işləyib və şəcərələr üzrə məşhur mütəxəssis olub.
İnsan düşüncəsinin sürətini müəyyən edən...
Ginnesin Rekordlar Kitabına düşən...
Avropada uşaqları qorumaq üçün...
Türkiyə Silahlı Qüvvələri daşqınlardan...
Belçika son həftələrdə "gün işığı...