Papa Fransisk Yaxın Şərqdə dialoq və diplomatiyaya çağırış etdi
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Yaxın Şərqdəki vəziyyəti narahatlıqla izlədiyini bildirib, tərəfləri dialoq və diplomatiyaya çağırıb.
Vatikanda Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar duasını edən Papa "Yaxın Şərqdəki vəziyyəti narahatlıq və ağrı ilə izləməyə davam edirəm"-deyib.
Papa Fransisk müharibələrə və haqq iddiası məntiqinə təslim olmamaq əvəzinə dialoq və diplomatiyanın zəfər çalması üçün çalışmağın daha çox işə yarayacağını ifadə edib.
"Mən hər gün Fələstində və İsraildə sülh üçün dua edirəm və ümid edirəm ki, bu iki xalq tezliklə əzablara son qoyacaq" deyən Papa Fransisk Ukrayna üçün də dua etdiyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...