13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Osmanlı dövrünün mirası olan Məzitbəy Hamamı

01-05-2024
IMG

Ədirnədə Səlimiyə Meydanı Ətraf tənzimləmə Layihəsi çərçivəsində Osmanlı dövrünün mirası olan Məzitbəy Hamamında  bərpa işləri davam edir və bir il ərzində tamamlanması gözlənilir. Qeyd edək ki, Səlimiyə məscidinin qərbində və Köhnə məscidin şərqində yerləşən Məzit bəy hamamı 15-ci əsrdə II. Muratın sayəsində inşa edilib. 

Ədirnə hamamlarına nisbətən daha sadə quruluşa malik olan Mezitbey Hamamı soyunub-geyinmə otağında düzbucaqlı planlı və taxta tavanlıdır.Hamamın bir hissəsi hər iki tərəfdən yüksələn tağların üzərində dayanan günbəzlə bağlanır.

Ortada böyük asqılı günbəzlə örtülmüş isti vannası olan hamam hər iki tərəfdən eyvanlarla genişləndirilib.Ədirnənin tarixi fakturasını əks etdirən əhəmiyyətli tikililərdən biri olan hamam, ziyarətçilərinə Osmanlı dövrünün hamam arxitekturasını yaşama fürsəti təqdim edir.

Paylaş: