Orskda su basmış ərazidən azı 3 min nəfər təxliyə edilib
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərinin yaxınlığındakı Ural çayında su bəndinin dağılması nəticəsində subasmaya məruz qalmış ərazilərdən 3 mindən çox insan təxliyə edilib.
Fhnews.az xəbər verir ki, Orenburq vilayəti hökumətinin mətbuat xidmətinin məlumatına görə, 2400-dən çox yaşayış binası və 3065-dən artıq həyətyanı sahə su altında qalıb, həmçinin azı 11 min ailə təsərrüfatı təhlükə altındadır. Fəlakət zonasında 11 müvəqqəti yaşayış məntəqəsi yaradılıb. Hadisə yerində xilasedicilər işləyirlər.
Çelyabinsk vilayətində də evləri və torpaq sahələrini su basması səbəbindən fövqəladə vəziyyət yaranıb. Ümumilikdə, daşqın başlayandan xilasedicilər bölgədə 234 nəfəri təxliyə ediblər.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...