MSK-nın sədri: Müşahidəçilərin 50 mindən çoxu siyasi partiyanın nümayəndələridir
Azərbaycanda siyasi partiyaların seçkilərə marağını göstərmək üçün biz həmişə rəqəmləri vurğulayırıq. Bizim 7 namizəddən 5-i siyasi partiyaların nümayəndəsidir. Müşahidəçilərdən də siyasi partiyaların nümayəndələri var. Bundan əlavə, 14 siyasi partiya da namizədi olmamasına baxmayaraq, müşahidəçi kimi özlərinin tərəfdarlarını prosesə cəlb ediblər. Biz də heç bir müşahidəçiyə yox deməmişik.
Fhnews.az xəbər verir ki, bu sözləri fevralın 6-da keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.
O bildirib ki, ümumi müşahidəçilərin 50 mindən çoxu məhz 19 siyasi partiyanın nümayəndələridir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən təxminən 83 qeydi-hökumət təşkilatı da müşahidələr aparacaq.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...