Mozambikdə gəmi qəzası: 91 nəfər ölüb, 34 nəfər itkin düşüb
Mozambikin şimalındakı Nampula əyaləti yaxınlığında həddindən artıq yüklənmiş gəminin batması nəticəsində azı 91 nəfər həlak olub, 34 nəfər itkin düşüb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, xilasedicilər beş nəfərin həyatını xilas edə biliblər.
Nampula əyalətinin hakimiyyət orqanları gəminin Mossuril rayonundan hərəkətə başladığını və ümumilikdə 130 sərnişin daşıdığını deyiblər. Sərnişinlər vəba epidemiyası ilə bağlı yanlış məlumatlar səbəbindən bölgəni tərk edən yerli sakinlər olub.
İtkin düşənlərin axtarışını davam etdirmək və qəza ilə bağlı araşdırma aparmaq üçün çoxsahəli qrup formalaşdırılıb.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...