Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 25-də Monteneqro Respublikasına rəsmi səfərə gedib.
Fhnews.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məmmədov, deputatlar Hikmət Məmmədov, Aqiyə Naxçıvanlı, Kamaləddin Qafarov, Sevil Mikayılova, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulub.
Milli Məclisin növbəti iclasının...
Ermənistan ordusu tərəfindən Başlıbel...
Başlıbel faciəsinin şahidi: Ermənistan...
Bəhreynin xarici işlər naziri...
Azərbaycanın NATO yanında...