Meksikada helikopter qəzasında üç nəfər ölüb
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
Fhnews.az Reuters agentliyinə istinadla xəbər verir ki, hadisə Lazaro Kardenas limanından 370 kilometr cənub-qərbdə baş verib. Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, helikopter havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hələ ki, qəzanın səbəbləri məlum deyil. Faktla bağlı təhqiqat başlayıb.
Qəza zamanı helikopterin göyərtəsində səkkiz hərbçi olub. Onlardan üçünün xilas edildiyi, iki nəfərin isə itkin düşdüyü bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...