4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Məzahir Pənahov: Seçkilərdə şəffaflığın təmin edilməsi ilə bağlı heç bir problem yoxdur

06-02-2024

Seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsi məsələsidir. Azərbaycanda bu baxımdan həmişə olduğu kimi, indi də heç bir problem yoxdur.

Fhnews.az xəbər verir ki, bu sözləri fevralın 6-da keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

Seçkiləri izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçinin qeydə alındığını xatırladan M.Pənahov onlar arasında yer alan beynəlxalq müşahidəçilərin ciddi qurumları təmsil etdiklərini vurğulayıb.

Paylaş: