4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov TÜRKPA-nın nümayəndə heyəti ilə görüşüb

06-02-2024

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşüb.

Fhnews.az xəbər verir ki, görüşdə MSK sədri ilk dəfə olaraq seçkilərin azad edilmiş ərazilərimizdə də keçiriləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər.

“Biz bu seçkiləri Zəfər seçkiləri adlandırırıq”, - deyən M.Pənahov seçkilərdə mübarizə aparacaq namizədlər, həmçinin ölkəmizdə seçicilərin və yaradılmış məntəqələrin sayı, seçicilər və müşahidəçilər üçün yaradılmış şərait barədə məlumat verib

MSK-nın sədri seçkiləri müşahidə etmək üçün 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini bildirib.

Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, qurumun Beynəlxalq münasibətlər və hüquq komissiyasının sədri Osman Mesten TÜRKPA-nın seçkiləri fəal şəkildə müşahidə edəcəyini diqqətə çatdırıb. O, həmçinin bildirib ki, TÜRKPA həmişə Azərbaycanın yanındadır və bu, hər zaman belə olacaq.

“İlk dəfə olaraq seçkiləri bütöv Azərbaycan torpaqlarında müşahidə etmək bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Səsvermə günü seçkiləri işğaldan azad olunmuş torpaqlarda müşahidə edəcəyik. Demokratik ölkə olan Azərbaycanda seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçiriləcəyinə inanırıq. Fevralın 8-də mətbuat konfransı keçirəcəyik və ilkin nəticələrimizi açıqlayacağıq”, - deyə Osman Mesten qeyd edib.

Paylaş: