Malidə avtobus qəzası nəticəsində 31 nəfər ölüb
Malinin cənub-şərqində avtobusun qəzaya uğraması nəticəsində azı 31 nəfər həlak olub.
Fhnews.az xəbər verir ki, ilkin məlumata görə, avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb. Nəqliyyat Nazirliyi qəza nəticəsində, həmçinin on nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. Həkimlər onlardan bəzilərinin vəziyyətini ağır qiymətləndirir.
Malidə avtomobillərin və yolların vəziyyətinin acınacaqlı olması tez-tez ağır yol-nəqliyyat hadisələrinə səbəb olur. Fevralın əvvəlində ölkənin mərkəzi hissəsində avtobusun yük maşını ilə toqquşması 15 nəfərin ölümü və 46 nəfərin yaralanması ilə nəticələnmişdi.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...