22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir

29-04-2024
IMG

“Turkish Airlines” (Türk Hava Yolları) inkişaf strategiyası çərçivəsində 235 təyyarə almaq üçün “Airbus” və “Boeing” konsernləri ilə danışıqlar aparır.

Fhnews.az xəbər verir ki, Türkiyə Hava Yolları İdarə Heyətinin sədri Ahmet Bolat bu barədə İstanbulda “Airbus” və “Rolls-Royce” kompaniyalarının nümayəndələrinin iştirak etdiyi toplantıda deyib.

Türk Hava Yollarının onillik inkişaf planı kompaniyanın aviasiya parkına daha 600 ədəd təyyarənin daxil edilməsini nəzərdə tutur. 2023-cü ilin dekabrında “Turkish Airlines” 70 milyard dollar dəyərində 355 təyyarənin alınması ilə bağlı “Airbus” konserni ilə müqavilə imzaladığını elan edib.

Hazırda Türk Hava Yollarının aviaparkında 440 ədəd “Airbus” və “Boeing” təyyarələri var. “Turkish Airlines” dünyanın aparıcı aviakompaniyalarından biridir.

Paylaş: