“Microsoft”dan Yaponiyaya süni intellekt sərmayəsi
ABŞ-nın texnologiya nəhəngi “Microsoft” Yaponiyada süni intellekt sektoruna 2,9 milyard dollar sərmayə qoyacaq.Bildirilib ki, investisiya Çin və Rusiyadan mümkün hakerlik fəaliyyətlərinə qarşı Yaponiyanın kibermüdafiə sistemlərinin gücləndirilməsini də əhatə edir.
“Microsoft” prezidenti Bred Smit ABŞ-da səfərdə olan Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşündə bu barədə məlumat verib və bildirib ki, bu, şirkətin 46 illik tarixində Yaponiyada etdiyi ən böyük investisiyadır. Bu investisiyalar Yaponiyanın güclü süni intellekt iqtisadiyyatı qurmaq üçün əvəzsizdir.
Bundan əlavə, “Microsoft” yaxın üç il ərzində 3 milyon yapon işçisinə süni intellektlə bağlı kurslar keçəcək. Yaponiyanın paytaxtı Tokioda süni intellekt və robot texnikası sahələrində araşdırmalar aparacaq “Microsoft Research Asia” laboratoriyasının açılacağı da bildirilib.
Şirkət Yaponiya hökuməti ilə birlikdə kibermüdafiə sistemlərini gücləndirəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...