22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

15-02-2024

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326 (Cild I) ilə təsdiq edilmiş Əlavə 2 – “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”na aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:

 

12-1.

Kosmik obyektlər

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

        

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndə “hökumət,” sözündən sonra “kosmik fəaliyyət,” sözləri əlavə edilsin;

2.2. 2-ci hissə üzrə:

2.2.1. 2.0.10-cu yarımbəndə “poçtun,” sözündən sonra “peyk xidmətlərinin, kosmik fəaliyyətin və” sözləri əlavə edilsin;

2.2.2. 2.0.14-cü yarımbəndə “aidiyyəti” sözündən əvvəl “kosmik texnologiyaların, habelə” sözləri əlavə edilsin;

2.3. 3-cü hissə üzrə:

2.3.1. 3.0.18-1-ci yarımbənd 3.0.18-6-cı yarımbənd hesab olunsun və aşağıdakı məzmunda 3.0.18-1‒3.0.18-5-ci yarımbəndlər əlavə edilsin:

“3.0.18-1. tabeliyindəki qurum vasitəsilə BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri üçün İstifadəsi üzrə Komitəsi və kosmik fəaliyyət sahəsində digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, onların işində iştirak etmək;

3.0.18-2. “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada orbital mövqelər, onlarla əlaqədar radiotezliklər, habelə peyk şəbəkələrini kosmik operatorlarla birgə koordinasiya etmək;

3.0.18-3. Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik obyektdən Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə qəbulu milli kosmik operator tərəfindən həyata keçirilən ilkin informasiyaların göstəricilərini təsdiq etmək;

3.0.18-4. Azərbaycan Respublikasının, habelə xarici ölkələrin telekommunikasiya peykləri vasitəsilə ölkə daxilində və ölkə xaricində peyk sistemlərini və telekommunikasiya peyk şəbəkələrini tabeliyindəki qurum vasitəsilə təşkil etmək;

3.0.18-5. Kosmik fəzada milli fəaliyyətin əlaqələndirilməsini və həmin fəaliyyətə texniki nəzarəti tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;”;

2.3.2. aşağıdakı məzmunda 3.0.32-1-ci, 3.0.47-1-ci və 3.0.96-1-ci yarımbəndlər əlavə edilsin:

“3.0.32-1. kosmik obyektlərin tikintisinə icazə verilməsinə dair rəy vermək;”;

“3.0.47-1. kosmik obyektlərin dövlət qeydiyyatını həyata keçirmək və reyestrini aparmaq;”;

“3.0.96-1. kosmik fəaliyyət sahəsində tənzimləməni və nəzarəti həyata keçirmək;”.

3. “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 331 (Cild I) 3.1-ci bəndində “həyata keçirən,” sözləri “və ”Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq milli kosmik operator funksiyalarını həyata keçirən, habelə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2024-cü il

Paylaş: