“Cazın şahzadəsi” Əzizə Mustafazadə oğlu ilə birlikdə İzmirdə sənətsevərlərlə görüşəcək
“Cazın şahzadəsi” kimi tanınan dünya şöhrətli caz pianoçusu,bəstəkar və müğənni Əzizə Mustafazadə oğlu Ramiz Xanla İzmirdə tamaşaçıların görüşünə gələcək.
Ana-oğulun birgə konserti mayın 10-da İzmir Konak Atatürk Mədəniyyət Mərkəzinin səhnəsində olacaq.
Xatırladaq ki, 1991-ci ildə özünün adını daşıyan ilk albomunu çıxaran Əzizə Mustafazadə 1993-cü ildə "Always" adlı ikinci albomunu buraxıb.
Bir il sonra Vaşinqtonda təşkil edilən Thelonious Monk Piano Yarışmasında Fono Akademiya Mükafatı, Echo Musiqi Mükafatı və birincilik mükafatını qazanan Əzizə Mustafazadə musiqi tənqidçiləri tərəfindən qüsursuz olaraq xarakterizə edilir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...