Laosda təhlükəli epidemiya
Cənubi Asiya ölkəsi Laosda son günlər iribuynuzlu heyvanlarda qəfil ölüm halları müşahidə edilərkən, xəstəxanalarda qarayara xəstəliyinə yoluxanların sayı 65-ə yüksəlib. Bu vəziyyət qonşu Taylandı ciddi narahat edib.
Taylandın baş naziri Srettha Thavisin prioritetin əhalinin sağlamlığının qorunması olduğunu və sərhəddən gələn heyvanların yoxlanılması və nəzarət edilməsinə dair göstəriş verdiyini deyib.
Hökumət sözçüsü Çai Vatcharonq baş nazirin tələbi ilə Laos sərhədindən gətirilən heyvanların yoxlanılacağını və sağlamlıq testlərindən keçəcəyini bildirib. O, həmçinin Tayland səlahiyyətlilərinin Laosun səhiyyə sistemi ilə yaxından əməkdaşlıq etdiyini və Taylandda baş verən qarayara infeksiyası ehtimalına qarşı peyvəndə başlanıldığını əlavə edib.
Bildirilir ki, Laosla sərhəddə yerləşən qəsəbələrdə bazar yerlərində və ictimai yerlərdə qarayara xəstəliyi ilə bağlı məlumat plakatları asılıb və heyvan sahiblərinə şübhəli vəziyyətlə bağlı bilgi verilməsi üçün xəbərdarlıq edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...