Koloradodan Hyustona uçan “Boeing” təyyarəsi təcili eniş edib
“Boeing 737-800” təyyarəsi ABŞ-ın Kolorado ştatındakı Denver beynəlxalq hava limanından qalxarkən mühərrik örtüyünün qoparaq qanada dəyməsindən sonra təcili eniş edib.
Fhnews.az xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının bəyanatına görə, “Southwest Airlines” aviakompaniyasına məxsus təyyarə Hyustondakı “William P. Hobby” hava limanına doğru uçuş həyata keçirirmiş. Hadisə ilə bağlı araşdırma başlayıb. Hazırda texniki xidmət qrupları təyyarəni yoxlayır.
“Southwest Airlines” sərnişinləri təqribən üç saat gecikmədən sonra başqa təyyarə ilə Hyustona çatdırıb.
Qeyd edək ki, “Boeing” korporasiyası 2018-ci ilin oktyabrından 2024-cü ilin martınadək təyyarələrinin təhlükəsizliyi və etibarlılığı ilə bağlı bir neçə insidentlə üzləşib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...