Kokpit şüşəsi çatlamış THY təyyarəsi hava limanına döndü
THY-nin TK-2658 uçuş nömrəli Boeing B737-800 tipli təyyarəsi yerli vaxtla səhər saat 08.25-də Sivas reysi üçün İstanbul Hava Limanından havaya qalxıb.Təyyarə havaya qalxdıqdan az sonra kabinənin şüşəsi naməlum səbəbdən çatlayıb.
Bunun üzərinə təyyarənin pilotu İstanbul Hava Limanı Hava Hərəkəti İdarəetmə Mərkəzi ilə əlaqə saxlayıb və geri qayıtmaq üçün icazə istəyib.Kokpit şüşəsi çatlamış təyyarə heç bir problem olmadan saat 09.10-da İstanbul hava limanına enib.
İstanbul Hava Limanına eniş etdikdən sonra şüşəsinin dəyişdirilməsi üçün təyyarə texniki xidmətə götürülüb və sərnişinlər üçün yeni təyyarə ayrılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...