Keniyada iki təyyarə toqquşub, ölənlər var
Keniyanın paytaxtı Nayrobidə “Safarilink Aviation” aviakompaniyasına məxsus “Cessna” və “Dash 8” təyyarələri toqquşub.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə Nayrobi şəhərinin cənubunda, Vilson hava limanı yaxınlığındakı Milli Park üzərində baş verib. Yeri hakimiyyət orqanlarının məlumatına görə, qəza zamanı təlim uçuşu həyata keçirən “Cessna” təyyarəsinin göyərtəsindəki iki nəfər həlak olub.
Toqquşma nəticəsində zədələnən “Dash 8” təyyarəsi hava limanına qəza enişi edib. Təyyarədəki 39 sərnişin və 5 ekipaj üzvü qəzadan sağ qurtarıb. Hazırda insidentlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Vilson hava limanı əsasən təlim uçuşları üçün istifadə edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...