Keniyada ən azı 13 nəfər daşqınların qurbanı olub, 15 min nəfər təxliyə edilib
Keniyada daşqınlar nəticəsində azı 13 nəfər həlak olub, 15 min nəfər təxliyə edilib.
Fhnews.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
Güclü yağışların yaratdığı təbii fəlakət, həmçinin infrastrukturun zədələnməsinə, yolların su altında qalmasına, mal-qaranın tələfatına səbəb olub.
Keniya Meteorologiya Departamentinin məlumatına görə, martın ikinci yarısında başlayan yağış mövsümü may ayının sonuna qədər davam edəcək. Leysan aprelin 15-dək ölkənin əksər hissəsində davam edəcək.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...