İtaliyanın Lampeduza adasına ötən gecə 333 miqrant gəlib
İtaliyanın cənubundakı Lampeduza adasına ötən gecə yeddi kiçik qayıqda ümumilikdə 333 miqrant qəbul olunub.
Fhnews.az xəbər verir ki, altı qayıqdakı mühacirlər adanın sahillərində İtaliya maliyyə polisi və sahil mühafizə xidmətinin patrul gəmiləri tərəfindən xilas edilib. Digər qayıq isə adaya çata bilib.
Ötən sutka ərzində isə adaya 16 qayıqla ümumilikdə 670 miqrant gəlib. Onların əksəriyyətinin Banqladeş, Misir, Pakistan, Qambiya, Nigeriya, Seneqal, Qvineya, Malayziya vətəndaşları olduqları, Liviya və Tunisdən müxtəlif qayıqlarla yola çıxdıqları bildirilib.
Miqrantlar ilkin tibbi müayinədən sonra adadakı düşərgəyə aparılıb. Onların əksəriyyəti qadınlar və yetkinlik yaşına çatmayanlardır.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...