22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

28-02-2024

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.

Fhnews.az xəbər verir ki, güclü leysan yağışları nəticəsində Viçentsa bölgəsində kiçik çaylar məcrasından çıxıb, bəzi evləri su basıb. Magistral yollar və küçələr su altında qalıb. Mülki müdafiə qrupları tərəfindən 60-dən çox xilasetmə işləri aparılıb.

Dairəvi və qəsəbələrarası yollar daşqın səbəbindən bağlanıb. Milan-Venesiya dəmir yolu xəttinin Viçentsa və Padua arasından keçən hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Veneto bölgəsində qırmızı, Emiliya-Romaniya regionunda isə narıncı xəbərdarlıq elan edilib. Liquriyada torpaq sürüşməsi qeydə alınıb.

Əlverişsiz hava şəraiti səbəbindın bəzi bələdiyyələrdə məktəblər bağlanıb. Əhaliyə evlərdə qalmaları və səyahətləri məhdudlaşdırmaları tövsiyə olunub. Çaylarının səviyyəsinin yüksələcəyi və daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Paylaş: