İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib
İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.
Fhnews.az xəbər verir ki, leysan yağışları nəticəsində kiçik çaylar məcrasından çıxıb. Bəzi bölgələrdə küləyin sürəti saatda 70 kilometrə çatıb. Güclü külək ağacları və reklam lövhələrini avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini qoparıb. Dağlıq ərazilərə qarın hündürlüyü 33 santimetrə çatıb.
Via Rovera qəsəbəsində yol örtüyünün çökməsi nəticəsində beş metr enində və altı metr dərinliyində çuxur açılıb. Ətraf ərazidəki evlər sakinlər təxliyə olunub. Mülki müdafiə qrupları tərəfindən 50-dən çox xilasetmə işləri aparılıb. Bəzi yollar ehtiyat tədbiri olaraq nəqliyyatın hərəkətinə bağlanıb.
Lombardiya bölgəsində narıncı, Valle d'Aosta, Trentino-Alto Adige, Liquriya, Piemont və Venetonun bəzi ərazilərində isə sarı xəbərdarlıq elan edilib. Bölgədə əlverişsiz hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır, bununla bağlı əhaliyə xəbərdarlıq olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...