22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İstanbul süni intellekt texnologiyası ilə karbon neytral şəhərə çevriləcək

14-05-2024
IMG

ODTÜ Günəş Enerjisi Tətbiq və Araşdırma Mərkəzi  Avropa İttifaqının 9-cu Horizon Avropa Çərçivə Proqramına uyğun olaraq inkişaf etdirdiyi UP2030 layihəsi ilə İstanbul da daxil olmaqla 11 pilot şəhəri karbon neytral şəhərə çevirməyi hədəfləyir.

Belə ki, Budapeşt, Granollers, Lissabon, Milan, Münster, Saloniki, Zaqreb, Belfast, İstanbul və Rio-de-Janeyro 2030-cu ilə qədər 100 şəhəri karbon neytrallaşdırmağı hədəfləyən UP2030 layihəsi üçün pilot şəhərlər olaraq müəyyən edilib.

Günəş Enerjisi Tətbiq və Araşdırma Mərkəzi  bu şəhərlərin Avropa Yaşıl Müqaviləsində müəyyən edilmiş 2050 iqlim neytrallığı hədəfinə çatması üçün layihə çərçivəsində süni intellekt modelləri ilə günəş enerjisi istehsalından səmərəli istifadə yollarını müəyyən edəcək.

Layihə Meneceri professor İpek Gürsel Dino bildirib ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə əməkdaşlıqda çalışacaqları layihədə inkişaf etdirəcəkləri süni intellekt vasitəsi ilə binaların enerji istehlakını və performansını qiymətləndirməyi və enerji istehlakının iqlim dəyişikliyinə görə necə dəyişəcəyini hesablamağı hədəfləyirlər.

Şəhərdəki hər binanın süni intellekt olmadan qiymətləndirilməsinin mümkün olmadığını ifadə edən Dino əlavə edib ki, binaların süni intellekt modelləri, müxtəlif dizayn alternativləri və qərar mexanizmləri ilə kompüter mühitində sürətlə təhlil edilməsi lazımdır.Əldə etdikləri məlumatlardan istifadə edərək gələcək illərdə binaların enerji istehlakını tarazlaşdırmağı və azaltmağı hədəflədiklərini deyən alim  bildirib ki, yaratdığımız modellərlə seçdiyimiz bir binanın damına günəş panelləri quraşdıraraq, bir saatda nə qədər enerji istehsal olunacağı və bu enerjinin istehlakın nə qədərini ödəyəcəyi kimi hesablamalar aparırıq.Gün ərzində binaların damlarına düşən günəş işığının bucaqlarını da hesablayacaqlarını ifadə edən professor İpek Gürsel Dino "Bir memar dizayn alternativləri yaradaraq bu məlumatlardan istifadə edə bilər. Şəhər planlaşdırıcıları günəş panellərini hara yerləşdirəcəklərinə qərar verərkən məlumatlardan faydalana bilərlər. Bu yolla panellərdən enerji istehsalı maksimuma çatdırıla və səmərəlilik artırıla bilər”-deyə əlavə edib.

Paylaş: