İspaniyanda bina çökməsi nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
İspaniyanın Mayorka adasında binanın çökməsi nəticəsində azı dörd nəfər ölüb, 16 nəfər yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə İspaniya ictimai televiziyası məlumat yayıb.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, hadisə məşhur Playa de Palma kurortunda baş verib. Qəza yerinə dərhal polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları gəlib. Ondan çox təcili yardım maşını səfərbər edilib.
İspaniyanın Baş naziri Pedro Sançes öz sosial media hesabında "dəhşətli” qəzanı “yaxından izlədiyini" qeyd edib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...