22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İraqda daşqın nəticəsində ölənlərin sayı 4-ə yüksəlib

20-03-2024

Şimali İraqda 2 gündür təsirli olan leysan yağışları həyata mənfi təsir etməkdə davam edir. Bağdad, Ərbil, Duhok, Kərkük, Mosul, Vasit, Ənbar və Diyala valilikləri tərəfindən verilən açıqlamada pis hava şəraiti səbəbindən iş yerləri və məktəblər bağlanıb. 

Seldən ən çox zərər çəkən Duhok şəhərində həyatını itirənlərin sayının 2-dən 4-ə yüksəldiyi bildirilib. Duhok Mülki Müdafiə Müdirliyinin sözçüsü polkovnik Bivar Əbdüləziz verdiyi açıqlamada sel nəticəsində yaralanan bir şəxsi aparıldığı xəstəxanada xilas etmək mümkün olmadığını, 15 yaşlı uşağın elektrik cərəyanı vurması nəticəsində həyatını itirdiyini bildirib.

Güclü yağışlar ölkənin cənubunda da təsirli olub. Zikar şəhərinin ər-Rifai rayonunda güclü yağış nəticəsində evin uçması nəticəsində bir qadının ağır yaralandığı bildirilib.

Paylaş: