İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır, fəaliyyətinizdə uğurlar arzulayırıq. Uca və Qadir Allahdan Sizə möhkəm cansağlığı, uğurlar, dost xalqınıza xeyir və firavanlıq diləyirik.
Sizin yenidən Prezident seçilməyiniz peşəkarlığınız, səriştəniz və siyasi təcrübəniz sayəsində möhtərəm xalqınızın Sizə olan yüksək etimadını və fəaliyyətinizin təqdir olunmasını əks etdirir.
İraqın müxtəlif sahələrdə dost ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə əməkdaşlığı davam etdirmək və qarşılıqlı əlaqələrin inkişafına nail olmaq istəyini Zati-alinizin diqqətinə bir daha çatdırırıq.
Dərin hörmətlə,
Əbdüllətif Camal Rəşid
İraq Respublikasının Prezidenti
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...
Kambocanın Kralı Əlahəzrət Norodom...
Özbəkistan Respublikasının Prezidenti...