İranda 5,6 bal gücündə zəlzələ olub
İranın Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamada yerli vaxtla saat 07.50-də Sistan və Bəlucistan əyalətinin Fenuc şəhərində 5,6 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Yerin 80 kilometr dərinliyində qeydə alınan zəlzələ ətraf şəhərlərdə də hiss olunub.
İran Fövqəladə Hallar İdarəsinin rəisi Məcid Muhibbi açıqlamasında bildirib ki, Fenuc şəhərində baş verən zəlzələdən sonra bölgəyə ilk yardım qrupları göndərilib. Əldə edilən ilkin məlumat indiyə qədər insan itkisinin olmadığı, lakin zəlzələnin baş verdiyi əraziyə ekspert qruplarının göndərildiyidir. Zərərin qiymətləndirilməsi üzrə işlər davam etdirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...