22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İqlim dəyişikliyi AMOC-un yavaşlamasına səbəb olub

28-03-2024

İqlim dəyişikliyi səbəbindən qlobal okean axınlarının, əsasən də Qolfstrimin əhəmiyyətli dərəcədə yavaşladığı aşkarlanıb.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, dəyişikliyi ABŞ-ın Merilend Universitetinin alimləri müəyyən ediblər.

Alimlər istiliyi ekvatordan şimala daşıyan okean cərəyanları sistemi olan Atlantik meridional çevrilmə dövriyyəsi (AMOC) haqqında məlumatları təhlil ediblər. Məlum olub ki, 1955-ci ildən 1994-cü ilə qədər sabit qalıb, lakin 1990-cı illərin ortalarında AMOC daha yavaş hərəkət etməyə başlayıb. Bu okean səthlərinin istiləşməsi və suyun yuxarı hissəsindəki duzluluğun dəyişməsi səbəbindən baş verib.

"AMOC yavaşlamağa davam edərsə, bu, istilik ötürülməsinin azalmasına, isti ərazilərin daha da istiləşməsinə, soyuq ərazilərin isə daha soyuqlaşmasına səbəb olacaq", - deyə tədqiqatçılar xəbərdarlıq ediblər.

Qeyd edək ki, araşdırmanın nəticələri “Frontiers in Marine Science” jurnalında dərc olunub.

Paylaş: