İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
İndoneziyanın şərqindəki Cənubi Sulavesi əyalətində uzun sürən leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar 7 nəfərin həyatına son qoyub.
Fhnews.az “China.org” saytına istinadla xəbər verir ki, mayın 2-də axşam saatlarında əyalətin altı rayonunda sel və torpaq sürüşmələri baş verib. Əsas avtomobil magistralının bəzi hissələri su altında qalıb və nəticədə böyük tıxac yaranıb.
Cənubi Sulavesi təbii fəlakətlərin nəticələrinin azaldılması agentliyinin rəhbəri Amson Pandolo yerli mediaya həlak olanların Luvu bölgəsindəki Latimojong kəndinin sakinləri olduğunu bildirib. O, ziyan dəymiş evlərin və ictimai obyektlərin sayının hələlik məlum olmadığını, hazırda xilasedicilərin zərərçəkmiş insanlara kömək etməyə çalışdıqlarını qeyd edib.
Yaponiya sahillərində 5,1 maqnitudalı...
Təbii fəlakət İspaniyada ÜDM-in artımına...
Somalidən olan 20-dən çox qaçqın Komor...
İngiltərədə 24 saat ərzində 3 şübhəli...
Fırtına İzmirdə məscidin minarəsini...