İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb
İndoneziyanın Qərbi Yava əyalətində iki kəndi əhatə edən torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, əyalətin axtarış-xilasetmə idarəsindən verilən məlumata görə, ölənlərdən biri uşaqdır. Eyni zamanda, təbii fəlakət nəticəsində beş nəfərin itkin düşdüyü, 30-a yaxın evin və iki ibadət binasının dağıldığı bildirilir.
Xilasedicilər itkin düşənlərin axtarışını davam etdirirlər.
Qeyd edək ki, İndoneziya son aylarda bir sıra torpaq sürüşməsi və şiddətli daşqınlarla üzləşib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...