İndoneziyada Marapi vulkanı püskürüb
İndoneziyanın Qərbi Sumatra əyalətindəki Marapi vulkanı 54 saniyə ərzində püskürüb.
Fhnews.az xəbər verir ki, İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi ziyarətçiləri püskürmə mərkəzindən 4500 metr radiusda hər hansı fəaliyyətdən çəkinməyə çağırıb.
Dəniz səviyyəsindən təxminən 2900 metr hündürlükdə yerləşən Marapi vulkanı hazırda üçüncü təhlükə səviyyəsindədir.
Xatırladaq ki, ötəən ilin dekabrında həmin ərazidə vulkan püskürməsi nəticəsində onlarla səyahətçi həlak olmuşdu. Təbii fəlakət səbəbindən yerli hava limanında uçuşlar təxirə salınmışdı.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...