4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

İcma: Frank Şvabenin son vaxtlar Azərbaycana qarşı fəaliyyətini təlxəklik kimi xarakterizə etmək olar

08-02-2024

Almaniya Bundestaqının üzvü Frank Şvabenin son vaxtlar Azərbaycana qarşı fəaliyyətini təlxəklik kimi xarakterizə etmək olar.

Fhnews.az xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. 

Bəyanatda, həmçinin deyilir: "F.Şvabe kimi uğursuzun qəzəbi bir daha onu göstərir ki, Azərbaycan təkcə işğalçı Ermənistanı deyil, onun arxasında duran bütün qüvvələri məğlub edib və həmin dairələr indi Azərbaycandan məhz buna görə qisas almaq istəyirlər.

Lakin tarix göstərir ki, F.Şvabe kimi əli qələmli səlibçilər Azərbaycanın iradəsinə zərrə qədər təsir göstərə bilməz".

Paylaş: