İcma: Ermənistanın XİN başçısının Haaqadakı çıxışı göstərir ki, bu ölkə öz diplomatlarına heç cür nəzarət edə bilmir
Ermənistanın xarici işlər nazirinin dünən Haaqada etdiyi çıxış onu göstərir ki, ya Ermənistan hakimiyyəti öz diplomatlarına heç cür nəzarət edə bilmir, ya da elə özü onlara gecə-gündüz Azərbaycan əleyhinə danışmaq, böhtan atmaq tapşırığı verib və bir növ, rol bölgüsü aparıb.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, Ermənistanın 30 il ərzində beynəlxalq təşkilatların qərarlarını qulaqardına vurması, hətta onlara kinayə ilə yanaşması fonunda bu gün elə həmin erməni diplomatlarının BMT Təhlükəsizlik Şurasından, Beynəlxalq Ədalət Məhkəməsindən, Fransa senatından, Litva XİN-dən, Rasmus Kanbak, Lindsi Snell kimi irqçi və muzdlu mirzələrdən, saman çöpündən mədət umması onların düşdüyü acınacaqlı vəziyyətin bariz göstəricisidir.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...