22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Honq Konqda birdəfəlik plastik məhsullardan istifadə qadağan edildi

22-04-2024

Honq-Konqda ətraf mühitin çirklənməsini azaltmaq üçün birdəfəlik plastik qadağa qüvvəyə minib. Böyük qida istehsalçısı və istehlakçısı olduğu üçün çoxlu miqdarda plastik və strafor istehlak edilən Honq-Konqda bu sahədə tətbiq edilən qadağanın bu gündən etibarən qüvvədə olacağı qeyd edilib.

Bildirilib ki, yeni qanuna əsasən, çəngəl, bıçaq,  boşqab kimi birdəfəlik məhsulların satışı və ya istifadəsi qadağandır.Lakin qadağa hələlik paket servisdə istifadə edilən plastik qida qablarına və fincanlara şamil edilmir.

Gələn ildən tətbiqi gözlənilən qadağanın ikinci mərhələsində birdəfəlik plastik məmulatların hamısını, o cümlədən paketləri əhatə edəcəyi vurğulanıb.

Bildirilib ki, keçid dövründə 6 aylıq güzəşt müddəti verilən restoranların əksəriyyəti yeni tədbiri həyata keçirməyə başlayıb.Qeyd edək ki, Honq Konq hökumətinin 2022-ci il rəqəmlərinə görə, şəhər gündə 2 min 369 tonu plastik olmaqla 11 min 128 ton bərk tullantı məhv edib.

Honq Konqda tullantıların utilizasiyası üçün üç müntəzəm bərk tullantı poliqonu var, lakin hökumət bu sahələrin 2026-cı ilə qədər doldurulacağını gözləyir.Honq Konq avqustun 1-dən bərk məişət tullantılarının qiymətlərini tətbiq etməyi planlaşdırır ki, bu da ev təsərrüfatlarını, restoranları və bütün müəssisələri atdıqları zibil üçün pul ödəməyə məcbur edəcək, lakin tətbiqlə bağlı logistika məsələsi hələ də həll olunmayıb.

Paylaş: