Honq Konq son 140 ilin ən isti aprelini yaşadı
Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində 1884-cü ildə meteoroloji qeydlər aparılmağa başlayandan bəri bu ilin ən isti apreli yaşanıb.
Honq Konq Rəsədxanası tərəfindən verilən açıqlamada, aprel ayında orta temperaturun 26,4 dərəcə Selsi olaraq ölçüldüyü göstərilib.Bu, meteoroloji qeydlərdə son 140 ildə ən isti aprel kimi qeydə alınıb.
Subtropik iqlim zonasında yerləşən Honq-Konqda bu ilin qış və yaz aylarında temperatur göstəriciləri mövsümi normalardan yüksəkdir.Aprelin 27-də şəhərdə orta sutkalıq temperatur 28,8 dərəcə Selsi səviyyəsinə çatıb.
Honq Konqda 1990-2020-ci illər arasında aprel ayında orta temperatur 21,1 ilə 25,6 dərəcə Selsi arasında ölçülüb.
Yaponiya sahillərində 5,1 maqnitudalı...
Təbii fəlakət İspaniyada ÜDM-in artımına...
Somalidən olan 20-dən çox qaçqın Komor...
İngiltərədə 24 saat ərzində 3 şübhəli...
Fırtına İzmirdə məscidin minarəsini...