Hanoyda baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb
Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 3 nəfər yaralanıb.
Fhnews.az Vyetnamın “VnExpress” informasiya portalına istinadla xəbər verir ki, yanğın mayın 24-də yerli vaxtla saat 00:30-da beşmərtəbəli binada baş verib və bir neçə dəqiqə ərzində ətrafa yayılaraq partlayışlara səbəb olub. Yanğınsöndürənlər bir saat ərzində alovu söndürə biliblər.
Yanan bina Vyetnam şəhərlərinə xas dar bir xiyabanda yerləşdiyindən, yanğınsöndürən maşınlar yoldan keçə bilməyib və xilasedicilər şlanqları arxadan təxminən 200 metr sürüyərək yeriməyə məcbur olublar ki, bu da yanğınsöndürmə və xilasetmə işlərini çətinləşdirib.
Keçən ilin sentyabrında Vyetnam paytaxtında 9 mərtəbəli binada 56 nəfərin ölümü ilə nəticələnən ölkə tarixinin ən faciəli yanğınlarından biri baş vermişdi.
“The Guardian” qeyd edir ki, yanğın təhlükəsizliyi Vyetnamın tıxaclı böyük şəhərlərində ümumi problemdir. Rəsmilər hesab edirlər ki, Hanoyda əhalinin sıxlığı hər kvadratkilometrə 22 min nəfərdir və bu, şəhəri dünyanın ən izdihamlı yerlərindən birinə çevirir. Vyetnam paytaxtında əksər tikililər və kiçik yaşayış binaları birbaşa bir-birinin yanında tikilir və uzun, dar, “boruvari” üslubda dizayn edilib. Bu isə o deməkdir ki, bir çox binalarda yalnız ön və arxa pəncərələr var və hətta onlar da çox vaxt qoruyucu barmaqlıqlarla örtülür.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...