22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

20-04-2024

Fransa Haitiyə adanın müstəqilliyi üçün əvvəllər ödədiyi məbləği (reparasiyanı) geri qaytarmalıdır.

Fhnews.az xəbər verir ki, bu barədə “Reuters” vətəndaş cəmiyyəti qrupları koalisiyasının bəyanatına istinadla yazır. Təzminatın həcmi milyardlarla dollar ölçülür.

Haiti 1804-cü ildə bölgədə kölə vəziyyətinə salınmış insanların üsyanından sonra müstəqillik qazanan ilk adadır. Ancaq daha sonra Fransa Karib dənizindəki bu ölkəyə itirilmiş gəlir üçün ağır təzminat tətbiq edib və Haiti 1947-ci ilə qədər bu pulu ödəməli olub.

Hazırda Cenevrədə BMT-nin Afrika mənşəli şəxslərin Daimi Forumunda iştirak etmək üçün təxminən 20 qeyri-hökumət təşkilatından ibarət qrup bu təzminatın geri ödənilməsinə nəzarət etmək üçün müstəqil komissiya axtarışındadır. Onların sözlərinə görə, aprel ayında Keçid Şurasının yaradıldığı ölkəyə vəsait lazımdır.

Bundan əvvəl “The New York Times” nəşri Haitinin Fransaya təxminən 21 milyard dollar ödədiyini hesablayıb. Ancaq fəallar daha böyük məbləğ tələb edirlər.

“21 milyard dollar və üstəlik, Fransanın bütün resurslardan istifadə etdiyi 200 il ərzindəki təzminat məbləği hesablanmalıdır. Buna görə də, təzminatın həcminin 150 milyard dollar, 200 milyard dollar və ya daha çox olduğunu bildiririk”, – deyə Britaniya Kolumbiyası Universitetinin professoru Cemayma Pyer deyib.

Paylaş: