Həddindən artıq istilər Meksikada 125 can aldı
Meksikada ilin əvvəlindən təsirli olan istilər nəticəsində ölənlərin sayı 125-ə yüksəlib. Meksika mətbuatında yer alan xəbərə görə, ölkənin Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi əyalətlərində havanın temperaturu 45 dərəcəni keçib. Ölkə üzrə ilin əvvəlindən bəri həddindən artıq istilərdən 125 nəfər ölüb, onların əksəriyyəti Verakruzdadır.
Son 5 gündə yüksək temperatur səbəbiylə 35 nəfərin həyatını itirdiyi ölkədə qızmar istilərin bir müddət də davam edəcəyi gözlənilir.
Rekord temperaturların yaşandığı Aşağı Kaliforniya və Sonora ştatlarında termometrlərin 4 gün ərzində 45 dərəcədən yuxarı göstərəcəyi təxmin edilir.
Günvurma ilə bağlı xəstəxanalara təxminən 2308 nəfər müraciət edib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...