Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb
Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinin Bakuriani kurort zonasında qar uçqunu baş verib.
Fhnews.az xəbər verir ki, qar uçqunu altına düşən 5 nəfərdən 4-ü təhlükəli zonadan təxliyə olunub. Bir nəfərin axtarışları isə davam etdirilir.
Samtsxe-Cavaxetiya bölgəsi üzrə dövlət nümayəndəsi Besik Amiranaşvili deyib ki, dağdan qar kütləsi qopan zaman 5 nəfər avtomobillərlə Tsixisjvari istiqamətində gedib. Onlardan 4-ü xilas edilib, bir nəfərin isə hələ də qar kütləsi altında qaldığı ehtimal olunur. Onun tapılması üçün axtarış-xilasetmə tədbirləri martın 29-da davam etdiriləcək.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...