Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədrinə məktub ünvanlayıb
Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktub ünvanlayıb.
Fhnews.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məktubda AŞPA-nın sessiyası zamanı Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul edilmiş qətnamədən narahatlıq ifadə olunur.
Bildirilir ki, bu cür sərt qərarlar AŞPA-nın Azərbaycanla və Cənubi Qafqazla gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir.
Bu qətnamə AŞPA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir. Bu, AŞPA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək.
Üstəlik, bu qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna xələl gətirir. Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞPA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər.
Məktubda yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası nümayəndə heyətinin səlahiyyətlərinin tanınmaması barədə qərarın zərərli nəticələrinin qarşısını almaq üçün bu qətnamənin yenidən nəzərdən keçirilməsinə çağırış edilir.
Məktubun sonunda bu qətnamənin ləğvinin Avropa Şurasının maraqlarına xidmət edəcəyinə əminlik ifadə olunur.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...