Geomaqnit qasırğası gözlənilir
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Fhnews.az xəbər verir ki, Rəsədxanadan verilən məlumata görə, Günəş fəallığı artıb. Hazırda Günəş ləkələrinin sayı artaraq, 8 ləkə qrupunda 144 ləkə müşahidə olunur.
Fevralın 12-dən 18-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə TKA təsiri nəticəsində yenidən S1 səviyyəsinə yüksələcəyi gözlənilir.
Günəş küləyi sürətinin fevralın 08 və 10-da baş vermiş TKA-nın təsiri ilə artacağı proqnozlaşdırılır.
TKA təsiri ilə fevralın 12-dən 14-dək geomaqnit sahəsinin aktivliyinin artması və G1 (zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Rusiya Nəqliyyat Universiteti Azərbaycan...
Jest informatikasının problemləri və...
Qərbi Azərbaycan torpaqlarının tarixi və...
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 30...
Somalidən gələcək tələbələrin BANM-də...