Fevral ayında ABŞ-da temperatur gözləniləndən xeyli yüksəkdir
ABŞ-da fevral ayında havanın temperaturu mövsümi normalardan yüksək olub. İsti hava dalğası ölkənin cənub bölgələrindən Kanada sərhədinə qədər öz təsirini göstərib.
Qeyri-adi yüksək temperatur ölkənin ən cənub ştatı Texasda 38 dərəcəyə, ən şimal ştatlarından biri olan İllinoysda isə 22 dərəcəyə çatıb.
ABŞ Milli Meteoroloji Xidmətinin verdiyi açıqlamada havanın temperaturunun bu gün ölkə daxilində 73 yerdə ən yüksək səviyyəyə çatdığı bildirilib. Temperaturun sürətlə artmasına rütubətli hava və ölkənin cənubundan ilıq havanı şimala çəkən qeyri-adi aşağı təzyiq sistemi səbəb olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...