Fateh Sultan Mehmetin şahzadəlik dövrünə aid medalyonu Londonda satışa çıxarılacaq
Üzərində sultanın portreti həkk olunmuş medalyon İngiltərədəki Bonhams Hərrac Evi tərəfindən təxminən 2.544.690 dollar ilə hərraca çıxarılacaq.
Bonhams Hərrac Evindən verilən açıqlamada sikkənin Fateh Mehmetin şahzadəlik dövrünə aid olduğu bildirilib. Açıqlamada tunc üzərində həkk olunmuş portretin qərbli bir rəssam tərəfindən çəkilmiş müsəlman liderin bilinən ən qədim portreti olduğu bildirilir.
İtaliyanın İntibah dövrü medalyonları kolleksiyasında 2000-ci ildə aşkar edilən əsərin kənarlarında “Böyük Şahzadə, Böyük Əmir Sultan Mehmet Əfəndi” yazısı yer alıb. Medalyonun sultanın son dərəcə şəxsi və mühüm əşyası olduğu və padşahlıq dövründə talismanı olduğu güman edilir. Medalyonu hazırlayan rəssamın heç bir imzası yoxdur.
Fateh Mehmetin şahzadəlik dövrünə aid olduğu təxmin edilən bürünc medalyon mayın 21-də Londonda hərraca çıxarılacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...